Rusiyalı Əməkdar artistlər Bakıda konsert verəcək - FOTO

16:00 06-11-2019 16

Rusiyanın məşhur cütlüyü və duet ortaqları Leonid Aqutin və Anjelika Varum Bakıda konsert proqramı ilə çıxış edəcəklər.

HerGun.Az xəbər verir ki, rus ifaçıları martın 1-i Bakı Konqres Mərkəzinin səhnəsində Bakı tamaşaçılarına həm köhnə, həm də yeni kompozisiyalardan ibarət tamamilə yeni bir konsert proqramı təqdim edəcəklər.

Anjelika və Leonid “Esperanto” qrupu və “Swans Funk” rəqs qrupu ilə tamaşaçılara möhtəşəm və unudulmaz musiqi ziyafəti verəcəklər.

Xatırladaq ki, hər iki məşhur ölkəmizdə yay mövsümündə keçirilən “Jara” beynəlxalq musiqi festivalında çıxış ediblər.

Qeyd edək ki, Anjelika Varum Rusiyanın Əməkdar artisti, Beynəlxalq estarda nümayəndələri  ittifaqının üzvü, Milli Rus Avrasiya Mükafatının üçqat qalibi, “İlin mahnısı” festivalının laureatıdır.

Leonid Aqutin Rusiyanın Əməkdar artisti, bəstəkar, musiqiçi, mahnı müəllifi, aranjimançı, rejissor, “İki Ulduz” layihəsinin qalibi, 2017-ci ilin “Şanson” mükafatçısıdır.

Müğənnilər 2000-ci ildə rəsmi şəkilə ailə həyatı qurublar. Cütlüyün Mayamidə yaşayan bir qızı var.

Rəşad Əliyev