Ciyər xərçənginin ilkin əlamətləri açıqlandı

03:20 07-11-2019 10

Qida qəbulu zaman tez doyma halı qara ciyər xərçənginin ilkin əlaməti ola bilər.

Express.co.uk” xəbər verir ki, Britaniyanın Xərçəng tədqiqatları mərkəzinin mütəxəssisləri belə qənaətə gəliblər.

Alimlərin sözlərinə görə, ciyərdəki şiş təzyiqi artırır və damarlardakı maye qarın boşluğuna çıxarılır ki, bu da öz növbəsində doyumluq halı yaradır.

Onkoloji xəstəliyin digər əlamətləri çəkinin düşməsi, dərinin və gözlərin saralması, qaşınma və zəiflik ola bilər.