Həyətində çətənə əkən Gəncə sakini saxlanıldı - FOTO

20:45 01-07-2019 829

Gəncə sakinindən 27 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən şəhər sakini, 39 yaşlı Nəsimi Hüseynovun yaşadığı evin həyətinə baxış zamanı kultivasiya yolu ilə dibçəklərdə becərilmiş, ümumi çəkisi 6 kiloqram 674 qram olan 27 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

{gallery}