Türkmənistan prezidenti itinə abidə ucaldır - VİDEO

17:20 07-11-2019 561

Sosial şəbəkələrdə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun öz itinə abidə qoydurması ilə bağlı video müzakirələrə səbəb olub. 

Ölkə başçısı paytaxtın mərkəzində qurulacaq abidənin tikintisinə şəxsən nəzarət edəcəyini bildirib.

Görüntülərdə məmurların dövlət başçısının göstərişlərini xüsusi qeyd etdikləri diqqət çəkir.

“Bir baş, dörd pəncə və xüsusilə quyruq! Yazın, yazın!”, - deyə ölkə başçısı göstəriş verib. 

Bu abidənin yaradılmasına 2017-ci ildə qərar verilib və onun hündürlüyü 15 metr olacaq.

Həmin il Türkmənistan lideri Rusiya Prezidenti Vladimir Putinə albay cinsi it balası hədiyyə etmişdi. 

Berdiməhəmmədov qeyd edib ki, bu unikal it cinsi Türkmənistanın milli sərvətidir.