Yasamalda 17 yaşlı qız bıçaqlandı

05:00 08-11-2019 551

Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, hadisə Yeni Yasamal ərazisində qeydə alınıb.

2002-ci il təvəllüdlü N.Seyidəmirova naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu