Dünya ölkələrinin borcu rekord vurdu – 188 trilyon dollar

06:00 08-11-2019 533

Dünya ölkələrinin borcu record həddini aşaraq 188 trilyon dollara çatıb.

Bu barədə BVF-in saytında fondun rəhbəri Kristalina Qeorqiyeva bildirib.

Onun sözlərinə görə, borcun ölçüsü bütün dünya ölkələrinin daxili ümumi məhsulundan 2,3 dəfə çoxdur.

Bu arada özəl sektorun borcu ümumi məbləğin 2/3 hissəsini təşkil edir.

Belə olduqda ödəmələri təmin etmək daha problemli olacaq və bu qlobal iqtisadi böhrana gətirib çıxara bilər.