Eks-kral razılaşma təklif etdi - “Miss Moskva” məhkəmə ilə hədələdi

06:40 08-11-2019 582

Malayziyanın eks-kralı V Məhəmməd keçmiş həyat yoldaşı, “Miss Moskva – 2015” gözəllik müsabiqəsinin qalibi Oksana Voyevodinaya oğlu İslam Leon üçün trast fondu yaratmağı təklif edib.

Daily Mail” xəbər verir ki, fondunun dəyəri 195 min funt sterlinq (425 min manat) təşkil ediləcək.

Bundan əlavə, eks-kral on ay ərzində Voyevodinaya yaşamaq üçün 100 min dollar (170 min manat) verməyə hazırdır.

Lakin, bunun müqabilində V Məhəmməd, modeldən bir sıra şərtlərə əməl etməsini tələb edib.

Belə ki, Voyevodina uşağı İslam dininin qaydalarına uyğun tərbiyə etməli və oğlanın bütün şəkillərini sosial şəbəkələrdən silməlidir. V Məhəmməd nə oğlu ilə, nə də keçmiş həyat yoldaşı ilə bir daha görüşmək istəmədiyini əlavə edib.

Voyevodinanın təklifi rədd etdiyi bildirilir. O uşağın atalığını və taxt-taca varis olduğunu məhkəmə yolu ilə müəyyən etmək niyyətindədir.