“Yuventus”dan iki transfer

01:27 02-07-2019 796

Yeni mövsüm hazırlıqlarını davam etdirən İtaliyanın “Yuventus” klubu daha iki transferi rəsmiləşdirib.

HerGun.Az xəbər verir ki, Turin təmsilçisi Adriyen Rabyo və Aaron Remzinin keçidini həll edib.

Müvafiq olaraq, PSJ və “Arsenal”dan transfer edilən oyunçuların hər ikisi yeni klubuna azad agent kimi qoşulub.

Yarımmüdafiəçilərlə rəsmi müqavilə imzalansa da, hələlik anlaşmanın detalları barəsində ictimaiyyətə açıqlama verilməyib.