Ayağı qoparılmış pişiklərlə bağlı müəmmanın üstü açıldı

12:00 09-11-2019 492

Türkiyənin Bolu vilayətində ayaqları qoparılmış altı pişik cəsədi tapılıb.

Eyni hadisənin bir neçə bölgədə baş verməsi insanlar arasında narahatlıq yaradıb.

Hətta yerli mediyada bunun “cadu” məqsədilə baş verdiyi haqqında fikirlər səslənib.

Nəzarət kameralarından alınan görüntülərdən əldə edilən məlumata görə, bu hadisənin itlər tərəfindən törədildiyi məlum olub.

Bununla əlaqədar, Bolu Valiliyindən Bolu Bələdiyəsinə küçə itləri ilə bağlı tədbir görmələrinə dair göstəriş verilib.