Boksçu xanım jurnalisti pivə içməyə məcbur etdi – VİDEO

02:00 02-07-2019 926

Britaniyalı boksçu Tayson Fyüri maraqlı hərəkətlə gündəmə gəlib.

“REN.TV” xəbər verir ki, ağır çəkidə son dünya çempionu ondan müsahibə almaq istəyən jurnalistdən pivə içməyi tələb edib.

Qlazqoda, tamaşaçılar önündə baş tutan görüşdə Fyüri xanım jurnalistə əgər bir şüşə pivəni dayanmadan tam içəcəyi halda onunla söhbət edəcəyini deyib.

Zaldakı tamaşaçıların alqışlarından sonra tələblə razılaşan jurnalist Mişel Felps birnəfəsə şüşəni boşaldaraq müsahibə almağa haqq qazanıb.

Qeyd edək ki, iyun ayında almaniyalı Tom Şvartsa qalib gələn T.Fyüri növbəti çempionluq kəmərini qazanıb. Ümumiyyətlə isə peşəkar karyerası boyunca məğlub olmayan boksçu keçirdiyi 29 döyüşün 28-də rinqi qələbə ilə tərk edib. Bu görüşlərin 18-də nokauta sevinən britaniyalı, bir dəfə isə bərabərliyə razılaşmalı olub.