“Yuventus” “Milan”ı məğlub etdi: Ronaldu əvəzləndi - VİDEO

04:00 11-11-2019 415

Futbol üzrə İtaliya Çempionatının XII turunun mərkəzi görüşü “Yuventus” və “Milan” komandaları arasında baş tutub.

Turindəki “Alyans Stadium”da keçirilən oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Beləliklə də, “İnter”i bir xalla üstələyərək “Yuventus” yenidən İtaliya Çempionatının birinci pilləsinə yüksəlib.

Turinlilər üçün qələbə qolunun müəllifi argentinalı Dibala oldu. O, meydana 55-ci dəqiqədə Kriştianu Ronaldunun yerinə daxil olub və 77-ci dəqiqədə oyunun yeganə qolunu vurub.

Qeyd edək ki, Kriştianu əvəz ediləndə “Yuventus”un məşqçisi Sarrinin əlini sıxmadan birbaşa soyunma otağına yollanıb.