Azad Şabanov mediaya qapalı toy edir: Röya şəkil paylaşdı - FOTO

20:00 11-11-2019 1099

Bu gün gənc və istedadlı müğənni Azad Şabanovun toyudur.  

HerGun.Az xəbər verir ki, Azad şəxsi “İstagram” hesabında toy öncəsi evində baş tutan yığıncaqdan görüntülər paylaşıb.  

Müğənni qardaşı Kamran, valideyinləri və yaxın qohumları ilə o ki var rəqs edib. Diqqətçəkən məqam isə Şabanovun ailə qurduğu xanımın şəkillərini paylaşmaması olub.  

Aprel ayında nişanlanan sənətçi o zamanda birlikdə olan şəkillərini yaymaqdan çəkinib. O, yalnız beş aydan sonra, yəni avqust ayında nikah haqqında şahədətnamənin fotosunu yayımlayaraq, subaylığa əlvida dediyini göstərmişdi.  

Hazırda paytaxtımızın dəbdəbəli restoranlarının birində Azad Şabanovun mediaya qapalı toy məclisi keçirilir.  

Xalq artisti Röya Ayxan şəxsi “İnstagram” hesabında Azadla onun sevib, seçdiyi yarını təbrik edib. Röya Azadın gələcək həyat yoldaşının qolunun fotosunu paylaşaraq “Bəyimizin adamları toya hazırlaşır” şərhini yazıb.  

Qeyd edək ki, 28 yaşlı müğənni Azad Şabanov Bakıda anadan olub. ATV kanalında yayımlanan “Yeni ulduz-7” musiqi yarışmasının ikincisi olub.  

2010-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin milli seçimin yarımfinalçısı olub.  

O, həmçinin özünü aparıcı kimi də sınayıb. “ATV Club” verlişinin aparıcısı olub.  

Rəşad Əliyev