Rusiyadan Bakıya yeni reys açıldı

15:40 12-11-2019 547

Rusiya şirkəti Azərbaycana uçuşlar həyata keçirməyə başlayır. 

“Smartavia” aviokompaniyası 2019/2020-ci il qış aylarında Peterburqdakı “Pulkovo” aeroportundan dörd yeni istiqamətə - Bakı, İjevsk, Rostov-Don və Ufaya daimi reyslər açacaq.

Azərbaycan paytaxtına “Smartavia” təyyarəsi həftədə iki dəfə, İjevsk və Rostova üç dəfə, Ufaya isə dörd dəfə uçuş təşkil edəcək.