Keçmiş icra nümayəndəsinin toyunda qan düşdü

23:00 12-11-2019 457

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Dağ Kəsəmən kəndində keçirilən toy mərasimində qeydə alınıb. 

Məlumata görə, 1979-cu il təvəllüdlü Orxan Salahov adlı kənd sakini hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

 O, Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.

Toy sahibinin keçmiş icra nümayəndəsi - Şirzad adlı şəxs olduğu deyilir.