“Marvel”də ilk müsəlman superqəhrəman çəkiləcək

03:20 13-11-2019 346

“Marvel”in rəhbəri Kevin Fayqi studiyanın gələcək filmlərində görünəcək yeni superqəhrəmanlar haqqında danışıb.

Bu barədə “The Hollywood Reporter” yazır.

Tamaşaçılar ekranda Ay Cəngavəri, Qadın-Halk, eləcə də studiyanın ilk müsəlman qadın qəhrəmanı Miss Marveli görəcəklər. 

Fayqinin sözlərinə əsasən, yeniyetmə qız Kamala Khanın (Miss Marvel) həyatı barədə ayrıca serial çəkmək planlaşdırılır. 

“Marvel”in başçısı qeyd edib ki, onların hər üçünü də “Disney+” striminq servisinin şousunda görmək olacaq. Bir müddət sonra isə yeni superqəhrəmanlar  studiyanın filmlərində görünəcəklər.