Gələn ilin büdcə layihəsi birinci oxunuşdan keçdi

13:20 13-11-2019 498

Milli Məclisin bu gün keçirilən iclasında 2020-ci ilin dövlət büdcə layihəsi müzakirəyə çıxarılıb. 

HerGun.Az-ın məlumatına görə, layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə, 1 milyard 316 milyon manat və yaxud 5,7% çoxdur.

Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7 milyon manat və yaxud 1,7% çoxdur.

Bundan başqa, 2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27 milyard 605 milyon 300 min manat, xərcləri isə 28 milyard 192 milyon manat məbləğində proqnozlaşdırılır.

Aqşin Kərimov