Ərdoğan Trampın yazdığı təhqiredici məktubu özünə qaytardı

04:00 14-11-2019 536

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın təhqiredici məktubunu özünə qaytarıb.

RİA Novosti” xəbər verir ki, bunu Türkiyə lideri Vaşinqtondakı birgə mətbuat konfransında bildirib.

“Bu məktubu hörmətli prezidentə qaytardım”, - deyə Ərdoğan qeyd edib.

D.Trampın türkiyəli həmkarına yazdığı məktubunda Ankaranın Suriyada əməliyyatları dayandırmayacağı təqdirdə Türkiyə iqtisadiyyatını çökdürəcəyini bildirmişdi.