İşə getmək adı ilə evdən çıxdı, geri qayıtmadı

10:00 14-11-2019 372

Gəncədə məcburi köçkün itkin düşüb.

HerGun.Az xəbər verir ki, hadisə 2705 dairəsi adlanan ərazidə qeydə alınıb.

Kəlbəcər rayonunda qeydiyyatda olan, Goranboy rayonunda yaşayan, 1987-ci il təvəllüdlü Cəfərov Nazim Elman oğlu noyabrın 11-də Gəncə şəhərində yerləşən iş yerinə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bununla bağlı polisə onun qaynı İlkin Qurbanov müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva