Bakıda moped avtomobillə toqquşdu, 2 nəfər yaralandı

03:20 15-11-2019 336

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

HerGun.Az xəbər verir ki, qəza Bülbül prospekti və Füzuli küçəsinin kəsişməsində baş verib.

Motosiklet və minik avtomobilinin toqquşması zamanı hər iki sürücü - Məhərrəm Rəsulov və 1990-cı il təvəllüdlü Elvin Maqsudov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu