Bakıda hündürmərtəbəli binada yanğın baş verdi, 10 nəfər zəhərləndi - FOTO

04:20 15-11-2019 424

Xətai rayonunda hündürmərtəbəli binada yanğın hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, yanğın “Neapol” dairəsi, Neapol küçəsi 16 ünvanında qeydə alınıb.

Yanğın çoxmərtəbəli yaşayış binasının dam hissəsində başlayıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayonu üzrə yanğınsöndürmə briqadaları və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Bina sakinləri təxliyyə edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

İlkin məlumata əsasən, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.

Kamil Əmirli, Elşad Mətləboğlu