İranda kvotadan artıq satılan benzin üç dəfə bahalaşdı

18:00 15-11-2019 413

İran 15 noyabrdan pərakəndə satılan benzinə kvota tətbiq edib. Eyni zamanda, bildirilir ki, kvotadan artıq satılan benzinin qiyməti üç dəfədən artıq bahalaşıb. 

Məlumatı İranın Neft Məhsullarının Paylanması üzrə Milli Şirkəti yayıb. 

Fərdi avtomobil sahibləri ayda 60 litr, hibrid avtomobilləri idarə edənlər isə 30 litr kvota ilə yanacaq əldə edə biləcək. 

Taksi sürücüləri üçün də ayrıca kvota limiti müəyənləşdirilib. Belə ki, avtomobil idarə edən taksilərə 400, motosiklet sürənlərə isə 25 litr benzin kvotası tətbiq ediləcək. 

Qeyd edək kı, İranda bundan öncə kvotadan artıq satışa çıxarılan benzinin qiyməti 1000 tümən (16 qəpik) idi.