Yeni icra başçısı birinci müavinini vəzifəsindən azad etdi

11:20 16-11-2019 452

Ağsu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov vəzifəsindən azad olunub. 

Bu barədə HerGun.Az-a İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, o, vəzifədən öz ərizəsi əsasında gedib.

Xatırladaq ki, R.Novruzov, eyni zamanda, Rayon Fövqəladə Hallar Komissiyasının sədri idi.

Qeyd edək ki, sentyabrın 30-da Prezident İlham Əliyevin sərəncamı ilə Vahid Tağıyev Ağsunun icra başçısı təyin olunub. 

Könül Cəfərli