Bakıda azyaşlı qıza təcavüz edən şəxsin məhkəməsi başladı

16:40 16-11-2019 436

Bakıda azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Yaşar Rzayevin cinayət cinayət işi üzrə məhkəmə iclası başlayıb.  

HerGun.Az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası noyabrın 18-nə təyin edilib. 

Y.Rzayevin cinayət əməli sübuta yetirilərsə, onu 8 ildən 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir. 

Y.Rzayev adlı şəxs köməksiz vəziyyətdə olan azyaşlı qıza - F.Ə-ya (ad, soy ad şərti) təcavüz edib.

Azyaşlının valideynlərinin şikayəti əsasında saxlanılan Y.Rzayev barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.