Ağ ciyər xərçənginin əlamətləri açıqlandı

08:00 17-11-2019 511

Ağ ciyər xənçəngi xəstəliyinin başladığını göstərən bəzi əlamətlər açıqlanıb.

Bu barədə “MedikForum” yazır.

İlkin simptomlara bəlğəmli öskürək aid edilir. Bildirilir ki, bu xəstəlikdən əziyyət çəkənlər səhərlər daha da güclü öskürürlər.

Əlamətlərə,  həmçinin daimi xırıltı, təngənəfəslik, qanlı öskürək, boyunun şişməsi aid edilir.

Orqanizmin ümumi durumu da xərçəngdən xəbər verə bilər. Məsələn, iştahın itməyi, sürətlə arıqlamaq, gecələr güclü tərləmək, daim yorğunluq hissi keçirmək və yüksək temperatur xəstəliyin göstəriciləri ola bilər.

Lakin xəstəliyin atipik əlamətləri də var. Bunlara ayaq sümüklərində ağrılar, osteoporoz, barmaqların uclarının nazilməsi aiddir.