Sərbəst güləş millimiz Dağıstanda belə hazırlaşır - VİDEO

18:40 17-11-2019 417

Sərbəst güləş yığmamız noyabrın 11-dən Dağıstanda təlim-məşq toplanışı keçir.

HerGun.Az xəbər verir ki, Mahaçqalada keçirilən hazırlıq prosesi noyabrın 23-dək davam edəcək. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərlik etdiyi komandamız yerli güləşçilərlə birgə təlim-məşq toplanışında iştirak edir.

Azərbaycan Güləş Federasiyasiyasının vitse-prezidenti Firdovsi Umudovun da səfər etdiyi Mahaçqaladakı hazırlıq prosesi həm fiziki, həm də taktiki-texniki çalışmalardan ibarətdir.