Bərdədə 2 avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

21:20 17-11-2019 386

Bərdədə ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

HerGun.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonunun Mirzəxan kəndində qeydə alınıb. Belə ki, “VAZ-21011” və “Vaz-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar İsmayılov Ruslan Eldar oğlu, Fətəliyev Əlizamin İsrail oğlu, Allahyarova Türkan Eldar qızı Bərdə rayon mərkəzi xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Xəsarət alanlardan birinin vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.