Həştarxanda dağıstanlılar yerli futbolçular ilə dava etdilər – VİDEO

03:20 18-11-2019 517

Həştarxanda Rusiyanın futbol üzrə çempionatının ikinci divizionunda yerli “Volqar” və Maxaçkalanın “Legion Dinamo” klubları arasında oyun dava ilə sonuclandı.

Hadisənin videosu “Region Online” portalı tərəfindən yayılıb.

Hakimin final fitindən sonra futbol meydanının mərkəzində iki komandanın oyunçuları arasında dava düşüb. Az sonra davaya əvəzedici heyət və komandaların digər üzvləri də qoşulublar.    

Bir neçə dəqiqədən sonra hakimlər aranı sakitləşdirə biliblər və futbolçular meydanı tərk ediblər.

“Volqar” və “Legion Dinamo” klublarının görüşü 1:1 hesabı ilə başa çatıb. “Volqar” 47 xalla turnir cədvəlində birinci yerdədir, dağıstanlılar 24 xalla doqquzuncudurlar.