“Müsavat”ın “mühacir alveri” ilə bağlı yeni fakt - FOTO

12:40 18-11-2019 348

Rәşad Mәmmәdov Almaniyada “Müsavat” üzvlәrindәn ibarәt “mühacir alveri” bandasının üzә çıxmasında çox böyük vә önәmli rol oynayıb. Bu barədə Koblenç mәhkәmәsi hәbs vә axtarışlarla bağlı sanksiya qәrarında göstәrir.

Trend-in məlumatına görə, bu barədə Avropada yaşayan Müsavatçı jurnalist Yafəz Əkrəmoğlu sosial şəbəkədə yazıb.

“Xüsusilә Mәmmәdov dolğun vә inandırıcı, öz әksini tapan mәlumatlar vermişdi.

Özünün dә ziyan görәcәyini nәzәrә alaraq. Qardaşı Arif Hacılı (“Müsavat” Partiyasının sədri - red.) ilә birlikdә boğaza qәdәr “mühacir alveri”nә bulaşan, bu çirkin işlә qidalanan Mustafa Hacıbәyli vә әtrafının indi Rәşad Mәmmәdovun üzәrinә getmәsi normaldı. Axı, bunların çirkin işlәrinin üstünün açılmasında böyük rol oynayıb Rәşad”, - o bildirib.

Jurnalist Koblenç mәhkәmәsinin hәbs vә axtarışlarla bağlı sanksiya qәrarının Rəşad Məmmədovla bağlı olan hissəsini işarələyərək paylaşıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan yeddi nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən altı ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, “Müsavat” Partiyası Avropa Koordinasiya Mərkəzinin (“Müsavat” AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, “Müsavat” partiyasının üzvü, “Müsavat” AKM sədrinin müavini Mehdi Xəlilbəyli, “Müsavat” AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, “Müsavat” Partiyasının üzvü Elşən Abdullayevdir.

Məlum olub ki, həbs edilənlər Almaniyada “miqrant alveri” ilə məşğul olmaqda , o cümlədən, 3-10 min avro arası ödəmə qarşılığında ən azı 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinir.