Bakıda toyda kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı - ÖZƏL

14:20 18-11-2019 321

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda şadlıq sarayında kütləvi zəhərlənmə ilə bağlı saytımızın sorğusunu cavablandırıb. 

Agentlikdən HerGun.Az-a bildirilib ki, bununla bağlı olaraq quruma heç bir məlumat daxil olmayıb:

“Ancaq  mediada yer almış məlumatın reallığa uyğun olub-olmamasını aydınlaşdırmaq üçün araşdırma aparılır”.

Qeyd edək ki, Bakıda “Şahənşah” şadlıq sarayında kütləvi zəhərlənmə hadisəsi baş verib.

Noyabrın 13-də baş tutan toydan sonra qonaqlarda mədə pozuntusu, qızdırma, ishal və qusma halı baş verib. Qonaqlarla yanaşı, bəy və gəlində də bu hallar müşahidə olunub. Zəhərlənənlər arasında uşaqlar da olub.

İlhamə Əbülfət