Sərxoş sürücü düşdüyü qəzanı canlı yayımladı - VİDEO

00:20 19-11-2019 509

Dünən axşam saatlarında Türkiyənin Sakarya şəhərində 4 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 3 nəfər yaralanıb.

Qəzaya səbəb olan sərxoş sürücü  telefonla sosial media üçün canlı yayım açıb və baş verənləri anbaan yayımlayıb.

Qəza yerinə çoxlu sayda təcili tibbi yardım heyəti cəlb olunub. Xəsarət alanlardan 3 nəfər xəstəxanaya yerləşdirilib.

Sərxoş sürücü çəkdiyi video ilə qəza anını da qeydə alıb. Görüntülərdə musiqi müşayiəti ilə hərəkət etməsi, bulvarda dayanmış maşına çırpılması açıq görünür.