Rusiyalı hokkeyçi rəqibini dişlədiyi üçün cərimələnib

01:40 19-11-2019 633

Rusiyanın gənclərdən ibarət hokkey yığmasının və Kanadanın “Monkton” klubunun üzvü Aleksandr Xovanov komandasının “Şarlottauna” klubuna qarşı oyununda rəqibini dişlədiyi üçün cərimələnib.

TASS-ın məlumatına görə, final fitindən sonra buz meydançasında qarışıqlıq yaranıb. Bu qarışıqlıq zamanı 19 yaşlı rusiyalı hokkeyçi rəqibini dişləyib. Hərəkətinə görə Xovanov beş dəqiqəlik cərimə alıb.

Qeyd edək ki, rusiyalı hokkeyçi Kanada hokkey liqasında ümumilikdə 139 xal əldə etdiyi 112 matç keçirib.