Bakıda 29 yaşlı gənc bıçaqlandı

02:40 19-11-2019 381

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, hadisə I mədən massivində qeydə alınıb.

Mübahisə zəmnində 1990-cı il təvəllüdlü Kərimov Mürvət Rafiq oğlu bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu