Bakıda avtomobil 33 yaşlı qadını vuraraq xəstəxanalıq etdi

04:20 19-11-2019 378

Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, qəza ehtiyat hissələri anbarının yaxınlığında qeydə alınıb.

Minik avtomobili piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu keçmək istəyən 1986-cı il təvəllüdlü Xəyalə Qəhrəmanovanı vurub.

Yaralı xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu