Bakıda şadlıq evinin yaxınlığında bıçaqlanma

01:00 20-11-2019 342

Nizami rayonunda mübahisə zəmnində bıçaqlanma hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, Hadisə “Xudafərin” restoranının yaxınlığında qeydə alınıb.  

1987-ci il təvəllüdlü Vəliyev Murtuz Hüseyn oğlu bir neçə nəfərlə mübahisə zamanı kəsici alətlə xəsarət alıb.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.  

Faktla bağlı Nizami Rayon Polis İdarəsjndə araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu