Motosikletlə avtomobil toqquşdu: yaralı var

01:20 20-11-2019 501

Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.  

HerGun.Az xəbər verir ki, qəza Binə qəsəbəsində, 326 saylı məktəbin yaxınlığında qeydə alınıb.  

Minik avtomobilinin motosikletlə toqquşması nəticəsində motosikletin sürücüsü, 2000-ci il təvəllüdlü Nuriyev Taleh Asif oğlu xəsarət alıb.  

Yaralı xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu