Trampın impiçmenti yaddan çıxdı, hamı bu sirli qızdan danışır - VİDEO

12:00 20-11-2019 529

Noyabrın 19-da ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın impiçment araşdırması ilə bağlı ictimaiyyət üçün ikinci açıq dinləmələrini keçirib. Lakin tədbir zamanı Ağ ev rəhbərinin istefası ilə bağlı müzakirələrdən çox, arxa plandakı qadının davranışları böyük maraq qazanıb. 

“Dailymail”in məlumatına görə, kimliyi bilinməyən qadın sosial şəbəkələrdə artıq “impiçment dinləmələrinin qəhrəmanı” adını alıb.

Kadrlardan görünür ki, tribunada çıxış edən polkovnik-leytenant Aleksandr Vindmanın arxasında bir qadın başını arxaya doğru əyərək qəhvə içir. Bu kadrlar sosial şəbəkələrdə virus kimi yayılaraq böyük maraq doğurub.