Türkiyə XİN-dən Qarabağla bağlı - AÇIQLAMA

12:00 21-11-2019 409

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev Türkiyə Xarici İşlər nazirinin müavini Sedat Ünalla görüşüb.

HerGun.Az-ın məlumatına görə, görüşdə Türkiyə-Azərbaycan münasibətləri, əməkdaşlığın gələcək perspektivləri, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Nazir müavini bildirib ki, bu münaqişə məsələsinin beynəlxalq gündəmdə saxlanılması çox vacibdir. 

Fərid Şəfiyev isə Türkiyənin  Azərbaycana göstərdiyi dəstək üçün təşəkkür edib. O, çıxışında hər iki ölkənin xüsusilə həssas mövzularda hər zaman bir-birinə dəstək verdiyini ifadə edib.

F.Şəfiyev Ermənistan rəhbərliyinin son zamanlar səsləndirdiyi ritorik çıxışlara diqqət çəkib. O, Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü kimi də buna reaksiyasının çox əhəmiyyətli olduğunu əlavə edib. 

Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim də iştirak edib.

Aqşin Kərimov