Qu quşu iti boğmağa çalışdı - VİDEO

15:40 21-11-2019 593

Çində parka yerləşən göllərin birində qu quşu itə hücum edib.  

Bu barədə “Daily Star” məlumat yayıb.

Çin sakini noyabrın 15-də özünün Sişi adlı iti ilə Çendu şəhərində yerləşən istirahət parklarının birində gəzintiyə çıxıb. Göldə su ilə oynayan itini telefonuna çəkən zaman qu quşu ev heyvanına hücum edib. 

Qeydə alınan çəkilişdə qu quşunun iti dimdiklədiyi və qanadları ilə üzünə zərbələr endirdiyi görünür. Sonda sahilə tərəf üzən it çətinliklə də olsa, sahibinə qovuşa bilir. 

Hücuma məruz qalan itin sahibi bildirib ki, qu quşu ilk dəfə deyil ki, digər canlılara hücum edir.