NZS-də avtomobil qəzasında 2 nəfər yaralandı

03:40 22-11-2019 355

Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

HerGun.Az xəbər verir ki, qəza “NZS” qəsəbəsində qeydə alınıb.

2 minik avtomobilinin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Səfərova Narınc Səfər qızı və 1992-ci il təvəllüdlü Məmmədov Nurlan Nizami oğlu xəsarət alıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. N.Səfərovaya sol gözüstü nahiyənin, N.Məmmədova isə qolun və başın təpə nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu