“Türk Hava Yolları”nın təyyarəsi Ukraynada qəzaya uğradı – VİDEO

05:00 22-11-2019 408

“Türk Hava Yolları”na məxsus “Boeing 737” təyyarəsi Odessanın (Ukrayna) aeroportunda qəza enişi edib.

“Strana.UA” xəbər verir ki, eniş zamanı hava gəmisinin şassiləri qırılıb.

Stambuldan Odessaya uçuş həyata keçirən təyyarənin göyərtəsində 136 sərnişin olub. Onlar qəza trapları vasitəsi ilə təyyarəni tərk ediblər. Xəsarət alan olmayıb.

Qəzanın səbəbləri araşdırılır.