Tarix müəllimi intim həyatı ilə sosial şəbəkələrdə bölüşdü, məktəbdən qovuldu – FOTO

08:00 22-11-2019 375

Sankt-Peterburq məktəbində dərs deyən tarix müəllimi Lubov Andreyeva “Twitter”də intim həyatı və spirtli içkilər haqqında yazılarla paylaşıb.

“Fontanka.ru” xəbər verir ki, “Pivə hökmdarı” nikı ilə sosial şəbəkədə tanınan qadın hərəkətlərinə görə məktəbdən qovulduğunu bildirib.

 

Lakin məktəb direktoru müəllimin öz istəyi ilə işdən çıxdığını qeyd edib. O “Twitter”dəki yazılara da münasibətini bildirib: “Özünüz görürsüz də. Bu haqda bizə valideynlər məlumat verib”.

Lubov isə kədərləndiyini və “əla” təhsil ocağından ayrıldığını dilə gətirib. Şəhrlərdə xeyli insan, xüsusən də şagirdləri, onu dəstəkləyiblər.

Uşaqlar müəllimi sevdiklərini və onun üçün darıxacaqlarını bildiriblər.