Rus tankları şəhər döyüşlərinə uyğunlaşdırıldı

09:40 22-11-2019 386

2020-ci ildə rus zirehli texnikası küçə döyüşlərində istifadə üçün nəzərdə tutulan xüsusi avadanlıqlarla təchiz olunacaq. 

Gazeta.ru xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor Sergey Bibik deyib. 

“Lokal silahlı münaqişələrdə qazanılan təcrübə şəhər ərazilərindəki əməliyyatlar zamanı tanklar və piyadanın döyüş maşınları üçün müasir əlavə müdafiə dəstlərinin yaradılması işini başa çatdırmağa imkan verdi”, - general bildirib.

General bununla yanaşı, 2019-cu ildə Rusiya ordusuna 15 növ yeni avtomobilin və zirehli texnikanın cəlb olunacağını qeyd edib.