Rusiyada bahalı dərmanlar kreditlə satılacaq

17:40 22-11-2019 505

Rusiyada ilk dəfə olaraq bahalı dərmanların kreditlə satılması imkanı yaradılıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə yerli “Samson farma” apteklər şəbəkəsi xəbər yayıb.

6-12 ay müddətinə veriləcək kreditin maksimum məbləği 300 min rubl (8000 AZN) nəzərdə tutulub. 

Rusiyalı ekspertlər hesab edirlər ki, farmaseptik bazarda kredit layihəsi müasir bank texnologiyaları istiqamətinə doğru müsbət addımdır.