Maykl Blumberq Barak Obamanın rekordunu qıra bilər

02:40 23-11-2019 575

Amerikalı sahibkar və Nyu-Yorkun sabiq meri Maykl Blumberq 2020-ci ildə ABŞ-ın prezident seçkilərində iştirak etmək üçün sənədlərini təqdim edib.

CNBC-nin verdiyi məlumata görə, biznesmen seçki kampaniyasında Demokrat Partiyasından iştirak etməyə hazırlaşır.

Sahibkarın komandasının televiziyada reklam kampaniyasına 23 milyon dollar ayırdığı bildirilir. Lakin KİV-in məlumatına görə, bu rəqəm yekun məbləğ deyil, belə ki, o, ABŞ-ın sabiq prezidenti Barak Obamanın yayım xərcləri üzrə rekordunu qıra bilər (24 milyon dollar).

Bu pul vəsaiti Florida, Texas, Massaçusets, Kaliforniya, Pensilvaniya, Missisipi, Miçiqan kimi ştatların  televiziyasında reklam kampaniyaları üçün nəzərdə tutulub.