Almaniyada minlərlə insan təxliyə olunur – Bomba tapılıb

05:40 23-11-2019 470

Almaniyanın Köln şəhərindən 6,5 min insan təxliyə edilir. 

RİA “Novosti”nin şəhər administrasiyasına istinadən verdiyi xəbərə görə, buna səbəb şəhərdə İkinci Dünya müharibəsi dövründən qalan 500 kiloqramlıq bombanın aşkar edilməsi olub. 

Bildirilir ki, bomba cümə günü Zolştok rayonunda tikinti işləri zamanı aşkar edilib. 

Bombanın cümə günü axşam zərərsizləşdiriləcəyi gözlənilirdi. Lakin dəmiryolu xətlərinin yaxınlığında müxtəlif təhlükəli yüklərlə dolu 30 vaqon dayandığı üçün təxliyə işlərini şənbə gününə keçirmək planlaşdırılıb.