Tanınmış modelin əri avtomobil oğrusu çıxdı

09:40 23-11-2019 487

Türkiyənin tanınmış model və aparıcısı İpek Tanrıyarın həyat yoldaşı həbs olunub.

HerGun.Az xəbər verir ki, Murad Evler İstanbul Təhlükəsizlik Xidməti tərəfindən avtomobil oğurluğu ilə məşğul olan şəbəkəyə bağlı olması səbəbindən həbs olunub.

Onun haqqında cinayət işi açılıb.

Şəbəkə ağır zərbə alan avtomobillərin məlumatlarını oğurlanmış bahalı maşınlara qeyd edərək müştərilərə satıb. Təxmini olaraq bu vasitə ilə 22 bahalı avtomobildən təxminən 5 milyon TL qazandıqları bildirilir.

Qeyd edək ki, model İpek Tanrıyar bir çox film və seriallarda rol alıb.

Sevinc Yasinqızı