Şamaxıya işləməyə getdi, yoxa çıxdı

13:40 23-11-2019 389

Bakıda gənc itkin düşüb.

HerGun.Az xəbər verir ki, hadisə Maştağa qəsəbəsi, Südçülük sovxozunda qeydə alınıb.

Noyabrın 13-də 1997-ci il təvəllüdlü İsayev Pərviz Seyidəli oğlu Şamaxı rayonuna işləmək üçün getdiyini bildirərək, evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bununla bağlı polisə onun atası müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva