Oğuzda avtomobil ağaca çırpıldı, üç nəfər yaralandı

21:00 23-11-2019 392

Oğuzda baş verən qəzada üç nəfər xəsarət alıb.  

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, yol-nəqliyyat hadisəsi axşam saatlarında Oğuz rayonu ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca çırpılıb.  

Qəza nəticəsində avtomobildə olan üç nəfər yaralanaraq Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Onlar daha sonra vəziyyətləri nəzərə alınaraq Şəki rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

Yaralılardan avtomobilin sürücüsü 22 yaşlı İbrahim Ağayevin vəziyyəti ağırdır.  

Sərnişinlər 24 yaşlı Amal Bayraməliyevin vəziyyəti orta-stabildirsə, hələlik kimliyi müəyyənləşdirilməyən digər sərnişin isə yüngül xəsarət alıb. 

Fakt araşdırılır.