Bülent Ersoy bahalı qolbağını müğənniyə bağışladı

22:00 23-11-2019 510

Türkiyənin divası Bülent Ersoy dostuna bahalı hədiyyə edib.

HerGun.Az xəbər verir ki, diva yaxın dostu müğənni Kamuran Akkorun konsertini izləməyə gedib. Konsert zamanı özü də səhnəyə çıxaraq mahnılar səsləndirib. Gecədən məmnun olan diva xoşbəxt olmasını dostuna etdiyi jestlə nümayiş etdirib.

Bülent Ersoy müğənniyə qolundakı 100 min lirəlik almaz qolbağı hədiyyə edib. Kamuran hədiyyəni qəbul etmək istəsə də, divanın israrları qarşısında qolbağı almaq məcburiyyətində qalıb.

Qeyd edək ki, qızıl-zinət həvəskarı Bülent Ersoy hər kəsə hədiyyə vermir.

Sevinc Yasinqızı