Odun yararkən yaralanan Gədəbəy sakininin əli amputasiya edildi

00:00 24-11-2019 364

Gədəbəy rayonunda bədbəxt hadisə nəticəsində xəsarət alan 81 yaşlı kişinin əli amputasiya edilib. 

HerGun.Az xəbər verir ki, hadisə rayonun Əlismayıl kəndində qeydə alınıb.  

1938-ci il təvəllüdlü Qiyas Hüseynov ağır vəziyyətdə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Həkimlər yaralının sol əlini amputasiya ediblər. 

İlkin məlumata görə, Q.Hüseynov həyətdə odun yararkən balta ilə əlinə xəsarət yetirib. 

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.